İyun 16, 2019 11:32 Asia/Baku
  • İraqçı: Amerikanın İrana qarşı iqtisadi savaşı regionun təhlükəsizliyini hədəfə alıb
    İraqçı: Amerikanın İrana qarşı iqtisadi savaşı regionun təhlükəsizliyini hədəfə alıb

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və İranın nüvə müzakirə komandasının baş üzvü Fransa parlamentinin xarici siyasət komissiyasının sədri ilə görüşdə deyib: Amerikanın İrana qarşı iqtisadi savaşı regionun təhlükəsizliyini hədəfə alıbdır.

Seyyed Əbbas İraqçi Maril De Sarnes ilə görüşdə əlavə edib: Amerikanın İran xalqına qarşı başlatdığı iqtisadi savaş bütün bölgənin təhlükəsizliyi və sabitliyini hədəfə alıb və bölgədə gərginliyə səbəb olubdur.

İraqçı nüvə anlaşmasını, çaxnaşmalarla dolu Qərbi Asiya bölgəsində müzakirə yolu ilə problemlərin həlli üçün yeganə uğurlu diplomatik təcrübə adlandırıb.

De Sarnes də bildirib ki, nüvə anlaşması bir diplomatik irəliləyiş və uğur sayılır.

O, əlavə edib: Nüvə anlaşmasının qorunması böyük önəmə malikdir və hamı bu anlaşmanı qorumaq üçün əlindən gələn səyi göstərməlidir.

Fransa parlamentinin xarici siyasət komissiyasının sədri həmçinin İranın bölgədəki mühüm yerinə işarə edərək, regional və beynəlxalq məsələlər barədə İranla dialoqun vacibliyini vurğulayıb.

Teqlər