İyun 16, 2019 13:11 Asia/Baku
  • Münafiqlər İranın Londondakı səfirliyinin girişini bağlamağa can atıblar
    Münafiqlər İranın Londondakı səfirliyinin girişini bağlamağa can atıblar

İran İslam Respublikasının İngiltərədəki səfiri terrorçu münafiqlər qaragürühu üzvlərindən bir qrupunun İranın Londondakı səfirliyinin girişini bağlamağa can atmasından xəbər verib.

Həmid Bəidinejad bu gün öz şəxsi twitter səhifəsində yazıb: Münafiqlər İran diplomatlarının səfirlik binasına girmələrini əngəlləyiblər.

İranın İngiltərədəki səfirinin sözlərinə görə, şənbə və bazar günləri İranda iş günləridir və diplomatik korpusun işçiləri bu iki gündə öz işlərinin bəzi hissələrini İran paytaxtı ilə koordinasiya edirlər.

İran İslam Respublikasının İngiltərədəki səfirliyi indiyədək bir neçə dəfə hücuma məruz qalıb.

1980-ci il aprelin 30-da da İranın Londondakı səfirliyi altı silahlı terrorçu tərəfindən işğal olundu. Həmin hücumda iki iranlı diplomat şəhid edildi.

Teqlər