İyun 28, 2019 20:49 Asia/Baku
  • İraqçi: İNSTEKS sövdələşmələri icra mərhələsinə keçib

İİR xarici işlər nazirinin müavini Vyanada keçirilən nüvə sazişi üzrə müştərək komissiyanın iclasını müsbət qiymətləndirib və deyib: Gələcək günlərdə İran və Avropa arasında maliyyə mübadilələri İNSTEKS vasitəsi ilə həyata keçəcək.

Seyid Abbas İraqçi bu gün Vyanada keçirilən nüvə sazişi üzrə müştərək komissiyanın iclası barədə müxbirlərə deyib: Üç Avropa ölkəsinin İNSTEKS barədə müəyyən təşəbbüslər həyata keçirmələrinə rəğmən bu təşəbbüslər hələ İranın tələblərindən çox uzaqdır.

İraqçi həmçinin digər tərəflərlə yaxın gələcəkdə nüvə sazişi üzrə müştərək komissiyanın iclasının xarici işlər nazirləri səviyyəsində keçirilməsinin razılaşdırıldığını bildirərək deyib: Bu müzakirələrdəki irəliləyiş Tehranın nüvə sazişi barədəki mövqeyinin dəyişməsi üçün kafi deyil.

Nüvə sazişi üzrə müştərək komissiyanın iclası bu gün Vyanada 4+1 qrupu və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirildi.

Teqlər