İyul 03, 2019 17:39 Asia/Baku
  • Ruhani: Əgər Amerika alovdan qorxursa, od qalamasın
    Ruhani: Əgər Amerika alovdan qorxursa, od qalamasın

İran İslam Respublikasının prezidenti nüvə anlaşmasını bütün xalqların, bölgənin və dünyanın xeyrinə adlandırıb və belə deyib: Əgər Amerika alovdan qorxursa, od qalamasın və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarına əməl etsin.

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında ABŞ prezidentinin "İran odla oynayır" ifadəsinə işarə edərək, əlavə edib: Amerikalılar bölgədə odla oyuna bir ildir ki, başlayıblar və od alovlandırmaqla məşğul olduqları bir halda, deyirlər ki, odla oyun təhlükəlidir.

Ruhani həmçinin Amerikanın "Vinsens" hərbi gəmisinin 1988-ci il iyulun üçündə İranın sərnişin təyyarəsinə qarşı hücumunun ildönümünə işarə edərək, deyib: İranın sərnişin təyyarəsinə hücum göstərdi ki, cinayət amerikalılar üçün asandır.

Teqlər