Avq 05, 2019 14:01 Asia/Baku
  • Zərif: Trampla görüş təklifini qəbul etmədim, sanksiya edildim
    Zərif: Trampla görüş təklifini qəbul etmədim, sanksiya edildim

Ötən ay Nyu-Yorka olan səfərinə işarə edən İranın xarici işlər naziri deyib: Bu səfərdə mənə deyildi ki, Amerika prezidenti ilə görüş təklifini qəbul etməsəm, iki həftə ərzində sanksiya ediləcəyəm.

Məhəmməd Cavad Zərif bu gün bir mətbuat konfransında sonra deyib ki, amerikalılar söz azadlığı iddiası ilə çıxış etsələr də ona inanmırlar. O, qeyd edib ki, müzakirə və diplomatiya heç vaxt bitməyəcək və o, öz fəaliyyətlərini davam etdirəcəkdir.

Zərif həmçinin bildirib ki, zorakılıq, fövqəlqüdrətlik və hegemonçuluq diskursu dövrü başa çatıb. O, deyib: Amerika hətta başqaları üçün supergüclük rolunu oynadığı sahələrdə belə, koalisiya yarada bilmir və ölkələr bir-birilərinin ardınca adlarının bir siyahıda Amerikanın kənarında olmasından xəcalət çəkirlər.

İranın xarici işlər naziri həmçinin bildirib ki, günahsız Amerika xalqı tapançaçəkmə, quldurluq, zorakılıq və zorakılıq hakimiyyəti mədəniyyətinə məruz qalıb. O, söyləyib: Müharibədən masa üzərindəki bir seçim kimi söhbət edən bir mədəniyyət uğur qazanmayacaq və əgər Amerika qanun pozmaqdan əl çəkərsə, bütün problemlər həll olacaqdır.

Zərif habelə Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların öz öhdəliklərinin icrasındakı sədaqətsizliklərinə işarə edərək, vurğulayıb: İran nüvə anlaşması çərçivəsində üçüncü addımı atacaq və bu addım nüvə anlaşmasından çıxmaq demək deyildir.

İranın diplomatiya aparatının başçısı bölgə olaylarına da işarə edib və Fars Körfəzi Əməkdaşlıq Şurasının genişləndirilməsi, eləcə də İran, İraq və bu şuranın üç üzvü arasında dialoqun vacibliyini vurğulayaraq,  regional dialoq assambleyasının yaradılması və bir-birilərinə təcavüz etməmək barədə müahidənin imzalanmasını zəruri adlandırıb.

Zərif dialoqun ərəbistanın, əmirliklərin və bütün bölgə ölkələrinin xeyrinə olduğunu bildirərək, danışıqların başlanması vacibliyinə təkid edib.

İranın xarici işlər naziri həmçinin Yəmən böhranına işarə edərək, vurğulayıb ki, Yəmən böhranının həll yolu, dialoq və müzakirədir.

Zərif Əfqanıstan sülh müzakirələri barədə də deyibdir ki, hər bir həll yolu Əfqanıstan hökumətinin iştirakı ilə olmalıdır və İran xaricdən Əfqanıstana qəbul etdiriləcək həll yolu ilə müxalifdir.

Teqlər