Avq 08, 2019 07:36 Asia/Baku
  • İnqilab Rəhbəri Ayətullah Asef Mohseninin vəfatı münasibətilə başsağlığı veriblər
    İnqilab Rəhbəri Ayətullah Asef Mohseninin vəfatı münasibətilə başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə mübariz din xadimi, Əfqanıstan şiə din alimləri şurasının sədri Ayətullah Hac Şeyx Mohəmməd Asef Mohseninin vəfatı münasibətilə onun ailəsinə, həmçinin onun Əfqanıstan və İrandakı davamçılarına başsağlığı veriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə buyurublar: İslami Əfqanıstan ölkəsində və həmin diyarın şücaətli və qeyrətli xalqı ilə yanaşı, siyasi, ictimai, mədəni və elmi meydanlarda on illərlə Allah yolunda mübarizə, bu böyük din aliminin iftixarlı fəaliyyət keçmişni göstərir və onun ardıcıl və ölməz bərəkətləri o böyük şəxsiyyətin dəyərli mənəvi irsidir.

Həzrət Ayətullahuluzma Xamenei Ayətullah Asef Mohseni üçün ilahi rəhmət və behişt diləyiblər.

Əfqanıstan şiələrinin təqlid mərcəyi Ayətullah Mohəmməd Asef Mohseni müxtəlif sahələrdə bir ömür səydən sonra bazar ertəsi günü 84 yaşında dünyasını dəyişdi.

Ayətullah Asef Mohseninin cənazəsi çərşənbə axşamı günü axşamçağı Kabildə müşayiət olunaraq dəfn edildi.

 

Teqlər