Avq 16, 2019 17:52 Asia/Baku
  • Alma istehsalı qütbündən yay alması yığımı
    Alma istehsalı qütbündən yay alması yığımı

Marağada dünyanın ən yaxşı almalarından birinin yığımı başlanıb.

Marağa alması ənənəvi tərəvəz meydanlarında ən çox tanınmış alma növlərindəndir. Bu alma eyni zamanda bu məhsulun alıcıları və tacirlər arasında ən sevimli alma növüdür.

Marağa alması ölçü baxımından iri almalardan hesab olunur və əksərən əla sortlu olur.

Marağa alması daxili istehlakdan əlavə, İrandan kənar bazarda da böyük paya malikdir. Belə ki, bir çox ərəb və Avropa ölkəsi Marağada əkilmiş əla sortlu almaların müştərisidir.

Qara alma, gülab, qara yarpaq, Şıx Əhməd, sarı alma və meşə nuru bu şəhrestanın yay alma sortlarındandır.

Şərqi Azərbaycan vilayətinin ən çox yay və payız alması Marağada istehsal olunur.