Avq 16, 2019 18:04 Asia/Baku
  • "Qris 1" tankerinin azad edilməsi heç bir öhdəlik olmadan xalqın hüquqlarından güzəştə getməməyin səmərəsidir

İran dövlətinin sözçüsü deyib ki, "Qris 1" tankerinin azad edilməsi heç bir öhdəlik olmadan xalqın hüquqlarından güzəştə getməməyin, fəal diplomatiyanın və qüdrətin səmərəsidir.

İran dövlətinin sözçüsü Əli Rəbii twitter-də yazıb: "Qris 1" tankeri hələ də davam edən Amerikanın cəhdləri, təzyiqləri və sabotajlarına rəğmən, qanunsuz müsadirədən çıxarılaraq, azad edildi və Ağ Ev üçün digər bir məğlubiyyət qeydə alındı.

Bu qələbə heç bir öhdəlik olmadan xalqın hüquqlarından güzəştə getməməyin, fəal diplomatiyanın və qüdrətin səmərəsidir.