Avq 16, 2019 19:03 Asia/Baku
  • Zərif: Amerikanın iqtisadi terrorizmi iranlı xəstələrin həyatına təsir göstərib
    Zərif: Amerikanın iqtisadi terrorizmi iranlı xəstələrin həyatına təsir göstərib

İran İslam Respublikasının xarici işlər naziri ABŞ rəsmilərinin İranın dərman və tibb sektorunu sanksiya etməmələrinə dair iddialarını rədd edib. Deyib ki, Amerikanın iqtisadi terrorizmi iranlı xəstələrin həyatına təsir göstəribdir.

ABŞ dövlət departamentində "İran əməliyyat qrupu"nun sədri Brayan Hook son zamanlar İran xalqına xitabən bir video-mesaj yayaraq, iddia etmişdi ki, Vaşinqton İrana qarşı heç bir dərman və tibb sanksiyası tətbiq etməyibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün twitter-dəki şəxsi səhifəsində "Foreign Policy" xəbər juranlından bir reportaja toxunaraq, yazıb ki, bu jurnalın reportajı Tramp hökumətinin iranlılara qarşı iqtisadi terrorizminin təsirini göstərir.

Zərif əlavə edib: "Foreign Policy" xərçəng xəstələri üçün dərman istehsalında birbaşa şəkildə rol oynayan şəxslər barədə reportaj hazırlayıbdır.

Amerika 2018-ci iln 8 mayında nüvə anlaşmasından çıxdıqdan sonra İran xalqına qarşı dərman sahəsi də daxil olmaqla müxtəlif sanksiyalar tətbiq edibdir.