Sen 10, 2019 10:54 Asia/Baku
  • Zərif Netanyahunun yeni şousuna cavab verib

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif twitter-də sionist rejimin baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni şousuna reaksiya göstərib.

İranın xarici işlər naziri sionist rejimin baş nazirinin yeni şousuna reaksiyada və onun 2002-ci ildə və Amerikanın İraqa hücumundan öncə ABŞ konqresinin dinləmə iclaslarından birində irəli sürdüyü iddiaları əlavə edərək, twitter-də yazıb: Əsl nüvə silahlarına malik olan tərəf yalançı çoban kimi İranda iddia olunan dağıdılmış bir sayt barədə fəryad edir.

Zərif əlavə edib: Netanyahu və "B" komandası günahsızların qanlarına məhəl qoymadan yalnız savaş ardıncadırlar.

Sionist rejimin baş naziri bazar ertəsi günü öz ssenari düzəltmələrinin davamında əsassız iddiaları təkrar edərək, bir daha İranı atom bombası düzəltməyə səy göstərməkdə ittiham edib.

Netanyahunun əsassız iddiaları elə bir halda təkrar edilibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dünən özünün ən yeni hesabatında bir daha İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq edibdir.

İran və MAQATE-nin ardıcıl həmkarlıqları istiqamətində bu beynəlxalq orqanın müvəqqəti baş direktoru Kornel Feruta ötən bazar günü İrana səfər etmişdi.

Feruta bazar ertəsi günü Vyanada keçirdiyi mətbuat konfransında bildirib ki, agentlik və İran nüvə anlaşmasına sadiq olmaqda davam edirlər.

O, sionist rejimin İranda gizli saytların mövcud olmasına dair iddiaları haqda vurğulayıb ki, fərziyyələr ilə İranın nüvə proqramı barədə hökm yürütmək olmaz.

Sionist rejimin baş nazirinin İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılması qarşısındakı hiddəti və nigarançılığı elə bir haldadır ki, İranın dinc məqsədli olan bütün nüvə fəaliyyətləri sionist rejimin əksinə olaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır.

 

Teqlər