Sen 12, 2019 08:08 Asia/Baku
  • İran Netanyahunun qərb sahili barədəki seçki vədini pisləyib
    İran Netanyahunun qərb sahili barədəki seçki vədini pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahunun İordan çayının qərb sahilinin bəzi hisssələrinin işğal olunmuş ərazilərə əlavə olunmasına dair xəbis niyyətini pisləyib.

Seyyed Əbbas Mousəvi ərəb dünyasına rəhbərlik iddiasında olan bəzi ərəb ölkələrinin başlarının kənar işlərə qarışmaları, həmçinin Qüdsü işğal etmiş rejimin himayədarlarının himayəsi ilə Yəməndə savaş və qardaş qırğını ilə məşğul olmaları və Netanyahu ilə müttəfiq olmalarını bu uşaqöldürən rejimin öz alçaq niyyətlərini əyaniləşdirməsi üçün bir fürsət adlandırıb. Mousəvi deyib: Netanyahu bir gün İrana qarşı ittiham irəli sürmək, başqa bir gün isə Fələstinin bəzi digər hissələrini işğal olunmuş ərazilərə qatmaq çıxışı ilə hakimiyyətdə qalmaq üçün səs qazanmaq və təcavüz və ekspansiznizmi davam etdirmək niyyətindədir.

İslam Əməkdaşlığı Təşkilatının iclasına toxunan İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: İran İslam Respublikası islami ölkələrin Fələstini qəsb etmiş remimin təcavüzləri və ekspansianizmlərinin davam etməsinə mane olmaq üzrə hər bir kollektiv addımını himayə edir.

Sionist rejimin baş naziri çərşənbə axşamı günü elan etdi ki, bu rejimin qarşıdan gələn parlament seçkilərində qalib gələcəyi halda, İordan çayının qərb sahilinin bəzi hisssələrini işğal olunmuş ərazilərə qatmaq niyyətindədir.

Benyamin Netanyahu əlavə etdi ki, İordan dərəsi bölgəsində sionist qəsəbələr salmaq üzrə mükəmməl layihəni bu rejimin parlamenti olan gələcək knessetə təqdim edəcəkdir.

Sionist rejim sionist qəsəbələr salmaqla Fələstin məntəqələrinin coğrafi quruluşunu dəyişmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, Fələstin məntəqələri üzərindəki hökmranlıqlarını təsbit etmiş olsun.