Okt 15, 2019 14:36 Asia/Baku
  • Ruhani: İran xalqına qarşı ərzaq və dərman boykotu Amerika üçün böyük bir biabırçılıqdır

İran İslam Respublikasının prezidenti beynəlxalq anlaşmadan çıxmağın ABŞ üçün rüsvayçılıq olduğunu qeyd edərək, vurğulayıb: İrana qarşı ərzaq və dərman boykotu ABŞ hökuməti üçün daha böyük rüsvayçılıqdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq Dənizi bölgəsi üzrə səhiyyə nazirlərinin 66-cı iclasında vurğulayıb ki, Amerika bəşəriyyətə qarşı cinayət törədib və onun hərəkəti iqtisadi terrorizmdir. O, əlavə edib: İranlı alimlər, tədqiqatçılar, sahibkarlar və istehsalçılar görünməmiş iqtisadi təzyiqlərə və haqsız sanksiyalara baxmayaraq, tam iqtisadi müstəqilliyə doğru hərəkət edirlər.

Ruhani 83 milyon iranlının Amerikanın cinayətini unutmayacağını bildirərək, deyib: Amerika bu meydanın məğlubu olacaq. Siyasət, əxlaq və insanlıq dünyasında da İran qalib gəlib, Amerika isə məğlub olubdur.

Ruhani həmçinin vurğulayıb ki, İran İslam Respublikasının fəxri/ təkcə tibb elmi, əczaçılıq, xəstəliklərin diaqnozu və həkimlərin ali təhsili deyil. O, əlavə edib: İran İslam Respublikasının fəxri/ həkim və tibb işçilərinin fədakarlığıdır və İranda tibb etikası elm və texnologiyadan öndə gedir.

 

 

Teqlər