Okt 26, 2019 15:33 Asia/Baku
  • 16 min xarici zəvvar Məşhəd şəhərinə daxil olub
    16 min xarici zəvvar Məşhəd şəhərinə daxil olub

16 min xarici zəvvar İslam Peyğəmbəri(s.ə.s)-ın vəfatı və İmam Həsən(ə)-ın şəhadəti günlərində dünya şiələrinin səkkinci imamı İmam Rza(ə)-ın pak ziyarətgahını ziyarət etmək üçün İranın şimal-şərqində yerləşən Məşhəd şəhərinə daxil olub.

Sabah, 1441-ci hicri qəməri ili səfər ayının 28-si, 2019-cu il oktyabrın 27-i, İslam Peyğəmbəri(s.ə.s)-ın vəfatı və dünya şiələrinin ikinci imamı İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür.

Bu zəvvarların əksər hissəsini Hindistan müsəlmanları, ordudillilər, ərəb ölkələrinin vətəndaşları və azəridillilər təşkil edirlər.

Bu münasibətlə İslami İranın hər yerindən sünni əhlindən olan min iki yüz zəvvar da İmam Rza(ə)-ın pak ziyarətgahını ziyarət etməyə gəlib.

 

Teqlər