Okt 30, 2019 17:26 Asia/Baku
  • İnqilab Rəhbəri: İraq və Livana ürəkyandıranlar bilsinlər ki, əsas prioritet əmin-amansızlıq əlacıdır

İslam İnqialbının Böyük Rəhbəri düşmənlərin bölgənin bəzi ölkələrinin təhlükəsizliyinin aradan götürülməsinə dair planlarına işarə edərək, deyiblər: İraq və Livana ürəkyandıranlar bilsinlər ki, onların əsas prioriteti, əmin-amansızlığın əlacıdır və bu ölkələrin xalqları da bilsinlər ki, onların haqlı tələbləri yalnız qanuni strukturlar çərçivəsində təmin edilə bilər.

İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün Xatəmulənbiya(s.ə.s) hava hücumundan müdafiə universitetində keçirilən İran İslam Respublikası Ordusunun zabitlik universitetləri tələbələrinin məzunluq və dərəcəverilmə üzrə 17-ci müştərək mərasimdə əlavə ediblər: Təhlükəli küdurətlər və xəbisliklərin amili tanınıbdır və bu hadisələrin arxasında Amerika və Qərbin kəşfiyyat xidmətləri bölgənin bəzi mürtəce ölkələrinin pul dəstəyi ilə dururlar.

Həzrət Ayətullahuluzma Xamenei bir ölkəyə qarşı ən böyük zərbəni onun təhlükəsizliyinin əlindən alınması adlandırıb və belə deyiblər: Düşmənlər İran üçün də bu cür fikirlər etmişdilər. Amma xalq sayıqcasına və vaxtında meydana gəldi və silahlı qüvvələr də hazır idilər və həmin fitnə zərərsizləşdirildi.

İslam İnqialbının Böyük Rəhbəri İngiltərə, Fransa və Amerika ordularının son yüz ildə Hind yarımadası, Şərqi və Qərbi Asiya, Şimali və Mərkəzi Afrikadakı bəzi cinayətlərinə işarə edərək əlavə ediblər: Zalım güclərin ordularının əsas məsuliyyətləri digər ölkələrə təcavüz, zərbə vurmaq və onları qəsb etməkdir. Amma İran İslam Respublikasının Silahlı Qüvvələrinin məntiqi və fəlsəfəsində müdafiə öz yerində möhkəm və qüdrətlə mövcuddur, amma təcavüzün əsla yeri yoxdur.

Həzrət Ayətullahuluzma Xamenei sionist rejimin Hizbullah gəncləri və ciddi-cəhdli fələstinli gənclərin qarşısında 33, 22 və 7 günlük müharibələrdəki ardıcıl məğlubiyyətlərini ilahi vədin həyata keçməsinin eyni nümunələri adlandırıb və belə əlavə ediblər: Zalım qüvvələrin Qərbi Asiya bölgəsindəki uğursuzluqları iri xərclərə və özlərinin bu məğlubiyyəti etiraf etmələrinə rəğmən, ilahi vədlərin reallaşmasının digər nümunələrindəndir.

İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıblar: Qəzzədəki qayıdış aksiyaları bir gün fələstinlilərin öz ölkələrinə geri dönmələri ilə nəticələnəcək.

 

Teqlər