Dek 03, 2019 21:44 Asia/Baku
  • Bəndər-Abbasda üç ədəd superyüngül təyyarənin təqdimatı olub
    Bəndər-Abbasda üç ədəd superyüngül təyyarənin təqdimatı olub

"Çəkavək" tipli üç ədəd kəşfiyyat-təlim superyüngül təyyarəsi Bəndər-Abbasda İran İslam Respublikası ordusunun dəniz qoşunlarına qatılıb.

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanı kontr-admiral Hoseyn Xanzadi bu mərasimdə deyib: "Çəkavək" təyyarəsi təkmühərrikli olaraq, iki sərnişin daşımaq qabiliyyətinə malikdir.

Kontr-admiral Xanzadi qeyd edib ki, "Çəkavək" təyyarəsi saatda 280 kilometr sürətə malikdir və dəniz səviyyəsindən 14 min futluq hündürlüyə qalxa bilir. O, əlavə edib: "Çəkavək" tipli üç ədəd kəşfiyyat-təlim superyüngül təyyarəsinin uçuş gücü 4 saat 30 dəqiqədir və hər bir təyyarənin düzəldilməsi ilə 195 min avro valyutaya qənaət edilir.