Dek 05, 2019 08:07 Asia/Baku
  • İnqilab Rəhbərinin son hadisələrlə bağlı göstərişi
    İnqilab Rəhbərinin son hadisələrlə bağlı göstərişi

İslam İnqilabının Böyük Rəhbəri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi tərəfindən son hadisələrdə həyatlarını itirənlər və bədən xəsarəti alanların vəziyyətinin idarə olunması tərzi ətrafında son vaxtlar təqdim olunmuş məlumata cavabda verilmiş təklilflərlə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani tərəfindən təqdim olunmuş məlumata cavabda vurğulayıblar: ... tez bir zamanda yerinə yetirilsin və hər qrupda şübhəli şəxslərlə islami mehribanlıqla rəftar edilsin.

Göndərilən məlumat son hadisələrdən sonra İslam İnqilabının Böyük Rəhbəri tərəfindən İran Ali Milli Təhlükəsizlik Şurasının katibinə göndərilmiş göstərişə əsasən, hazırlanaraq təqdim olunubdur. Həmin göstərişdə caxnaşmaların baş verməsinin kökləri, amilləri və dəlillərinin dəqiq şəkildə araşdırılması, həmçinin bu hadisələrdə həyatlarını itirənlərin və onların ailələrinin vəziyyətinə tez bir zamanda baxılması istlənilmişdi.

Bu məlumatda təklif olunubdur ki, mövcud qanun çərçivələrinə əsasən, son etirazlar və iğtişaşlarda heç bir rolu olmadan toqquşmalar nəticəsində həyatlarını itirmiş adi vətəndaşlar “şəhid” hesab olunsun və onların ailələri Şəhid və Fədakar Döyüşçülər Fondunun çətiri altına keçsinlər.

Həmçinin etiraz aksiyalarında hər bir tərzdə həyatını itirmiş kəslər barədə diyənin ödənilməsi və onların ailələrinə mehribanlıq göstərilməsi təklif olunubdur.