Dek 05, 2019 19:13 Asia/Baku
  • Şərqi Azərbaycanın yeni sərhəd qoşunları komandanı təyin olunub
    Şərqi Azərbaycanın yeni sərhəd qoşunları komandanı təyin olunub

İranın sərhəd qoşunları komandanının iştirakı ilə Şərqi Azərbaycan vilayətinin sərhəd qoşunlarının yeni komandanı təyin edilib.

Polkovnik Mohəmməd Əhmədi Şərqi Azərbaycan vilayətinin sərhəd qoşunlarının yeni komandanı kimi təqdim olunub.

İran İslam Respublikasının sərhəd qoşunları komandanı general Qasem Rezayi Şərqi Azərbaycan vilayətinin sərhəd qoşunlarının yeni komandanının təqdimat mərasimində deyib: Sərhəd qoşunları sərhədləri sutkalıq etməyə tam şəkildə hazırdır və xahişlərə və sərhəd şəraitinə görə, bu istəkləri mümkün olan ən qısa zamanda həyata keçirəcəyik.

Rezayi Şərqi Azərbaycan sərhədlərində təhlükəsizliyi qənaətbəxş adlandırıb və belə əlavə edib: Hazırda Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının təhlükəsizlik və sərhəd rəsmilərilə çox yaxşı münasibətlərə malikik. Ermənistan Respublikası ilə də, bu ölkə ilə Azərbaycan Respublikası arasındakı münaqişəyə aid olan səhərd hissəsi çıxılmaq şərtilə xas bir problemimiz yoxdur.