Dek 08, 2019 20:49 Asia/Baku
  • General Rzayi: İran və Omanın müştərək sərhədlərində heç bir təhdid yoxdur
    General Rzayi: İran və Omanın müştərək sərhədlərində heç bir təhdid yoxdur

İran İslam Respublikası Dəniz Qoşunlarının komandanı deyib: İran və Omanın müştərək sərhədlərində heç bir təhdid yoxdur

İRNA-nın verdiyi məlumata görə, İİR Sərhəd Qoşunlarının komandanı General Leytenant Qasım Rzayi bu gün Tehranda Omanın sahil qvardiyasının komandanı Əli Bin Seyf Əl-Məqbali ilə görüşündə deyib: Regionun təhlükəsizliyi region ölkələri tərəfindən təmin olunmalıdır və İran qonşu ölkələrlə sərhəd əməkdaşlıqları aparmağa hazırdır. 

Görüşdə Omanın Sərhəd Qvardiyasının komandanı da deyib: Region ölkələrdə narkotiklərin qaçaqmalçılığının böyük hissəsi İran İslam Respublikası tərəfindən aşkar edilir və Oman bu barədə tam məlumatlıdır. 

İran və Oman arasında 18-ci müştərəkiqtisadi əməkdaşlıq komissiyası Tehranda keçirilib. 

Bu iclasda İran və Oman standart, idman və dəniz nəqliyyatı sahələrində 3 əməkdaşlıq sənədi imzalayıblar. 

Teqlər