Dek 15, 2019 21:23 Asia/Baku
  • Zərif “Elders qrupu” ilə görüşüb
    Zərif “Elders qrupu” ilə görüşüb

İranın xarici işlər naziri BMT-nin sabiq baş katibləri və yüksək vəzifəli rəsmilərindən ibarət “Elders qrupu” ilə görüşdə İranın “Hörmüz sülhü” layihəsindəki hədəflərini şərh edib.

Məhəmməd Cavad Zərif və “Elders qrupu” Doha forumunun kənarında keçirilən bu görüşdə mühüm regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

BMT-nin sabiq baş katibi Ban Ki Munun da iştirak etdiyi bu görüşdə həmçinin Amerikanın birtərəfli surətdə çoxtərəfli öhdəliklərdən, o cümlədən nüvə anlaşmasından çıxması ətrafında fikir mübadiləsi aparılıb.

Dünən Doha forumunda iştirak üçün Qətərə səfər edən İranın xarici işlər naziri indiyədək Qətərin baş naziri və daxili işlər naziri, Polşanın xarici işlər naziri, həmçinin İraq milli təhlükəsizlik müşaviri ilə görüşübdür.

 

 

Teqlər