Yan 13, 2020 19:43 Asia/Baku
  • Pentaqon terror təşkilatı elan olunub
    Pentaqon terror təşkilatı elan olunub

İran İslam Respublikası prezidenti Pentaqon-un terror təşkilatı elan olunması qanununu bəyan edib.

Bundan öncə İran İslam Şurası Məclisi İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ABŞ tərəfindən terror təşkilatı elan olunmasına cavab olaraq yanvarın yeddisində açıq iclasda qarşılıqlı addım qanununu qəbul etmişdi.

Bu qərara əsasən, Pentaqon-un bütün üzvləri, onun tabeliyində olan bütün şirkət və müəssisələr, həmçinin general-leytenant şəhid Hacı Qasem Soleymaninin şəhid edilməsinə əmr edən şəxslər, komandir və komandanlar İran tərəfindən terrorçu hesab edildilər.

Amerikanın müdafiə nazirliyi- Pentaqon-un bildirdiyinə görə, həmin hava hücumunun göstərişini bu ölkənin prezidenti və silahlı qüvvələrinin baş komandanı Donald Tramp vermişdi.