Yan 21, 2020 21:26 Asia/Baku
  • İran və Omanın xarici işlər nazirləri Tehranda görüşüblər
    İran və Omanın xarici işlər nazirləri Tehranda görüşüblər

İran və Omanın xarici işlər nazirləri Tehranda iki ölkə əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Omanın xarici işlər naziri Yusif bin Ələvi bu gün Tehranda keçirdikləri görüşdə iki ölkənin strateji, ali və qardaşcasına əlaqələrinə təkid edərək, son regional dəyişikləri də araşdırıblar.

Qeyd edək ki, İranın xarici işlər naziri cümə günü Hindistan səfərindən geri dönərkən Omanın paytaxtı Maskatda qısa müddət dayanaraq, öz omanlı həmkarı ilə görüşübdür.

Teqlər