Fev 15, 2020 19:55 Asia/Baku
  • YouTube “İran Press”in istifadəçi hesabını bağlayıb
    YouTube “İran Press”in istifadəçi hesabını bağlayıb

Amerikan Google şirkətinin tabeliyində olan “YouTube” saytı “İran Press” beynəlxalq təsvirli xəbər agentliyinin rəsmi istifadəçi hesabını bağlayıb.

Google şirkəti öncədən heç bir məlumat və ya xəbərdarlıq vermədən “İran Press” informasiya agentliyinin istifadəçi hesabını bağlayıb. Halbuki bu səhifənin müdirriyyəti heç vaxt bu təsvirli şəbəkədə qanun-qaydanı pozmayıb və həmişə onun qanunlarına riayət edibdir.

Adətən YouTube-də bir kanal bağlanmazdan öncə xəbərdarlıq mesajı göndərilir, amma “İran Press” barədə heç bir mesaj alınmayıb və bu hadisənin ispandilli “Hspan TV” kanalının YouTube kanalının bağlanması ilə üst-üstə düşməsi göstərir ki, İranın sərhədaşırı sosial şəbəkələri hədəfə alınıbdır. İkinci dəfədir ki, YouTube “İran Press”in səhifəsini bağlayır. 2019-cu ilin aprelində və “İran Press” informasiya agentliyinin rəsmən işə salınmasından bir neçə gün sonra da YouTube bu informasiya agentliyinin rəsmi səhifəsini bağlamışdı.