Fev 15, 2020 20:25 Asia/Baku
  • Zərifin Münhen konfransı kənarındakı məşvərətləri davam edir
    Zərifin Münhen konfransı kənarındakı məşvərətləri davam edir

İranın xarici işlər naziri Münhen konfransı kənarındakı məşvərətlərinin davamında İspaniya və Yaponiyanın xarici işlər nazirləri və Avropa Parlamentində xalq partiyası fraksiyasının sədri ilə görüşüb.

Məhəmməd Cavad Zərif və İspaniyanın xarici işlər naziri Arança Qonsales Laya bu gün Münhen konfransının kənarında ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, xüsusən nüvə anlaşması sahəsində İran və Avropa arasındakı həmkarlıq və etimadın gücləndirilməsi zəminləri ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin Avropa Parlamentində xalq partiyası fraksiyasının sədri Manfred Veberin Zəriflə görüşündə Avropanın nüvə anlaşması qarşısındakı öhdəlikləri, İranın nüvə anlaşması öhdəliklərinin azaldılması və Qərbi Asiya bölgəsinin durumu ətrafında fikir mübadiləsi aparılıb.

İranın xarici işlər naziri öz məşvərətlərinin davamında Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə görüşdə onunla ikitərəfli əlaqələr, mühüm regional və beynəlxalq məsələlər barədə danışıb.