Fev 20, 2020 13:23 Asia/Baku
  • İran məclisinə seçki təbliğatının müddəti başa çatıb

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərinə namizədlərin təbliğat müddəti bu gün səhər saat səkkizdə başa çatıb.

İran qanunlarına görə, seçki namizədlərinin seçkilərin keçirilməsindən 24 saat əvvəl təbliğat aparmaq haqları yoxdur.

Həmçinin ölkənin seçki qərargahının bildirdiyinə görə, İran parlamenti üzvlüyünə namizədlərin təbliğatlarının başa çatması ilə virtual və əyani mühitlərdə hər cür təbliğat qadağandır.

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Xobreqan Məclisinə 5-ci çağırış ilk ara seçkiləri sabah fevralın 21-də keçiriləcək.

İranın seçki qərargahının sədri Cəmal Orf deyib: İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 57 milyon 918 min 159 nəfər səsvermə haqqına malikdir.

Bu seçkilər 208 seçki dairəsində və təqribən 55 min seçki məntəqəsində keçiriləcək.

 

 

Teqlər