Fev 25, 2020 14:04 Asia/Baku
  • İraq vətəndaşlarının İrana səfəri qadağan edildi
    İraq vətəndaşlarının İrana səfəri qadağan edildi

İran İslam Respublikasının İraqdakı Səfiliyi İraq vətəndaşlarının 2020-ci il mart ayının 6-dək İrana səfərlərinin qadağan edildiyini bildirib.

İRNA-nın məlumatına görə, İranın İraqdakı səfirliyi bir bəyanat yayaraq, sağlamlığın vacibliyi və iki ölkənin səhiyyə sahəsində təhlükəsizliyini qorumaq məqsədilə İraq vətəndaşlarının İran İslam Respublikasına səfərlərinin 2020-ci il mart ayının 6-dək qadağan olunduğunu açıqlayıb.

İraqın səhiyyə rəsmiləri fevralın 25-də Nəcəfi-Əşrəf şəhərində bir nəfərdə koronavirusun aşkarlandığını xəbər veriblər.

İraq hökuməti fevralın 20-də koronavirusun yayılması ilə əlaqədar İran İslam Respublikası ilə sərhəd-keçid yollarını bağlayıb.

Teqlər