Fev 29, 2020 08:56 Asia/Baku
  • Pastor institutu koronavirusun qəti diaqnozu üzrə sınaq şüşəsini təsdiq edib
    Pastor institutu koronavirusun qəti diaqnozu üzrə sınaq şüşəsini təsdiq edib

İran dövlətinin sözçüsü bildirib ki, İranda koronavirusla mübarizənin nailiyyətləri qarşıdakı həftələrdə daha çox olacaq. O, deyib: İranın Pastor institutu İran İslam Respublikası Müdafiə Naziliyinin məhsulu olan koronavirusun qəti diaqnozu üzrə sınaq şüşəsini təsdiq edib.

Əli Rəbii həmçinin koronavirusla mübarizə üzrə milli qərargahın iclasına toxunub. Bildirib ki, İranın koronavirusun yayılması imkanı mövcud olan nöqtələrində səyyar xəstəxanalar və çarpayıların təşkil edilməsi barədə lazımi qərarlar çıxarılıb.

Koronavirusun diaqnozu üzrə sınaq şüşəsi şəxslərin bu xəstəliyə yoluxmasını diaqnoz edən ən əsas aparatlardan olaraq, ilk dəfə olaraq, İranda İran İslam Respublikası Müdafiə Naziliyinin mütəxəssisləri tərəfindən düzəldilibdir.

Koronavirus ötən milad ilinin dekabr ayının sonlarında Çinin şərqində yerləşən Hubey əyalətinin Uhan şəhərində müşahidə olundu və hazırda bu ölkənin 30 əyalətindən əlavə, azı 50 ölkəyə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İran, Ərəbistan və əmirliklərə sirayət edib.

Son statistikalara görə, indiyədək dünyada azı 83 min nəfər bu virusa yoluxub və təqribən iki min 800 nəfər də həyatını itiribdir. Belə bir halda, təqribən 36 min nəfər də bu xəstəlikdən sağalıbdır.