Mart 27, 2020 16:37 Asia/Baku
  • İranda 11 min nəfərdən çox koronaviruslu xəstə sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 11133 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə 32332 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, ötən sutka ərzində 144 koronaviruslu xəstənin vəfat etməsilə İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 2378 nəfərə çatıb.

Ölkə səviyyəsində qeyri-zəruri gediş-gəlişlərin götürülməsi, toplantıların keçirilməməsi və təmasların azaldılması yönündə xəstəliyin ötürülməsi halqasının sındırılmasına kömək məqsədilə ictimai məsafəyaratmanın gücləndirilməsi planı bu gün səhər tezdən başlanıb və aprelin 3-dək icra olunacaq.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA COVID-19-DAN 11 MİN NƏFƏRDƏN ÇOX İNSAN SAĞALIB

Teqlər