Mart 30, 2020 20:25 Asia/Baku
  • İranda iri həcmdə COVID-19 diaqnozu üzrə sınaq şüşəsi istehsal edilir

İran Müdafiə Nazirliyinin məhsulu olan COVID-19 diaqnozu üzrə sınaq şüşəsinin geniş istehsalına başlanıb.

Bu sınaq şüşəsi üç saat ərzində xəstəliyi yüksək dəqiqlik və düzgünlüklə müəyyən edə bilir.

Həmçinin bu sınaq şüşəsi dünyada yayılmış bütün genomları üzə çıxarmaq qabiliyyətinə malikdir.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus Çindən əlavə, demək olar ki, bütün dünya ölkələrinə sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada 724 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan azı 152 min nəfər sağalıb, təqribən 34 min nəfər isə vəfat edibdir.

İRANDA COVID-19-LA BAĞLI DƏQİQ SINAQ ŞÜŞƏLƏRİ İSTEHSALI