Mart 31, 2020 08:43 Asia/Baku
  • Yeni nailiyyət tezliklə İranı dünyada birinci edəcək
    Yeni nailiyyət tezliklə İranı dünyada birinci edəcək

İranın səhiyyə naziri deyib ki, yaxın gələcəkdə İran İslam Respublikası tərəfindən elan ediləcək nailiyyət infeksion xəstəliklərə nəzarət sahəsində İranı dünya səviyyəsində birinci edəcək.

Səid Nəməki ölkədə koronavirus xəstələrinə müalicə xidmətlərinin göstərilməsi və ümumi sağlamlağın qorunması istiqamətində görülən tədbirlərə işarə edib. O, deyib: Hərçənd koronavirusla mübarizə sanksiya şəraitində çətindir, amma xəstələrə xidmətin göstərilməsi, İranda koronavirusun yayılmasının qarşısının alınması/ var güc ilə davam etdiriləcək.

Nəməki bildirib ki, İran infeksion xəstəliklərin nəzarətə alınmasında aydın bir nöqtəyə çatıb. O, söyləyib: Xüsusi qərargahın təşkili ilə, İslam İnqilabı Keşikçiləri Korpusu və ordu özəl sağlamlaşdırma və fəaliyyət mərkəzləri yaradıb və müalicə kadrının ehtiyaclarını aradan qaldıraraq, xidmətgöstərmə səviyyəsini yüksəldiblər.

İranın səhiyyə naziri həmçinin ölkənin yol nazirliyi, nizam-intizam qüvvələri və məhkəmə aparatının həmkarlıqları ilə İranda hərəkətin qadağan edilməsi layihəsinin icrasına işarə və belə qeyd edib: Ölkədə koronavirusun ötürülməsi halqasının kəsilməsi üzrə nəzarət tədbirləri təkmilləşib və hazırda ölüm halları azalıb, xəstəxanalarda xidmətin göstərilməsi şəraiti də yaxşılaşıbdır.

Nəməki həmçinin İranda koronavirusla mübarizə və və xəstəliyin diaqnozu layihəsində təqribən 62 milyon nəfərin dispanserləşdirilməsinə toxunub. Bildirib ki, bu layihədə nəzarətə alınan şəxslər arasında 16 min 49 nəfər xəstəxanalara köçürülüb və onlardan 5391 nəfər yatırılıbdır.

YENİ NAİLİYYƏT İRANI DÜNYADA BİRİNCİ EDƏCƏK