May 25, 2020 13:37 Asia/Baku
  • İranda təqribən 108 min koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 107 min 713 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün jurnalistlərə açıqlamasında İranda koronavirusa yoluxanların son sayı barədə ötən sutka ərzində 2 min 23 yeni xəstənin aşkar edildiyini bildirib.

Cahanpur deyib ki, yeni yoluxanlardan 338 nəfəri xəstəxanaya yerləşdirilib və yoluxanlarla yaxın təmasda olan min 685 xəstə isə ambulator müalicə alıbdır. O, İranda bütövlükdə 137 min 724 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 34 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 7 min 451 nəfərə çatıbdır.

Dünyada koronavirusa yoluxların sayı da təqribən beş milyon 518 min nəfərə çatıb. Onlardan azı 347 min nəfər həyatını itirib, iki milyon 312 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər