İyun 05, 2020 00:11 Asia/Baku
  • ABŞ-da həbs edilmiş daha bir iranlı azad oldu

Casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək 16 ay müddətində ABŞ-da həbs edilən iranlı həkim Məcid Taheri azadlığa buraxılıb.

SəhərAzəri-nin məlumatına görə, bu barədə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitter səhifəsində bildirib. 

Zərif, oxşar prosesin bütün məhbuslar üçün baş tuta biləcəyini də istisna etməyib. 

Məlumata gərə, İranda həbs olunan ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt da sərbəst buraxılıb. 

Xatırladaq ki, bir neçə gün öncə casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri də azadlığa buraxılmışdı.

 

 

 

Teqlər