Avq 26, 2020 09:47 Asia/Baku
  • AEBA ilə adi əlaqələrə malik olmaq istəyirik

İranın xarici işlər naziri bit tvitt-də MAQATE-nin baş direktoru ilə olduqca konstruktiv olmuş görüşünə toxunaraq, Tehranın agentliklə adi əlaqələrə hazır olduğunu bildirib və bəzi sabotajlar barədə xəbərdarlıq edibdir.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif öz tvittinin davamında yazıb: İran tam şəffaf olubdur. Oxşar beynəlxalq hallarda təftişlərin 92 faizindən çoxu İranda aparılıbdır.

Zərif xəbərdarlıq edib: Bəziləri qapanmış mövzuların geri qayıdışı üçün təzyiq yolu ilə bu şəffaflığı aradan götürmək istəyirlər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi İran rəsmilərilə ikigünlük görüş məqsədilə bir nümayəndə heyəti ilə bazar ertəsi günü Tehran daxil olub.

Qrossi dünən İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə də görüşübdür.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın Atom Enerjisi Təşkilatının sədri ilə görüşdə bildiribdir ki, agentliyə sızma yoxdur, lakin təzyiq vardır ki, bu da beynəlxalq siyasətin bir hissəsidir.

Teqlər