Sen 01, 2020 09:06 Asia/Baku
  • İslam İnqilabının Böyük rəhbərinin iştirakı ilə İmam Səccadın (ə) şəhadəti gecəsində əzadarlıq mərasimi keçirilib

İslam İnqilabının böyük rəhbərinin iştirakı ilə İmam Səccadın(ə) şəhadəti gecəsinə təsadüf edən Həzrət Əba Əbdilahil Hüseynin (ə) əzadarlıq mərasimlərinin sonuncu gecəsi İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilib.

SəhərAzəri xəbər verir, İslam İnqilabının böyük rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, bu mərasimdə höccətühislam  vəlmüslimin Seyid Əhməd Xatəmi çıxış edərək, Allah yolunda şəhid olmağı şüurlu və seçilmiş ölüm kimi dəyərləndirib və bu ölüm növünün normal ölümə nisbətən fəzilətləri və üstünlüklərini sadalayaraq, deyib: "Kərbəla şəhidləri və Həzrət Seyyidüş-Şühədanın (ə) səhabələri ən üstün şəhidlərdirlər".

Həmçinin bu mərasimdə höccətülislam vəlmüslimin Şəhidi növhəxanlıq və müsibətləri zikr edib.

Teqlər