Sen 07, 2020 15:09 Asia/Baku
  • İran - Yeni Zelandiya birgə iqtisadi-siyasi əməkdaşlıqlar komissiyasının 7-ci iclası keçirilib

İran - Yeni Zelandiya birgə iqtisadi-siyasi əməkdaşlıqlar komissiyasının 7-ci iclasında ikitərəfli əlaqələr, sanksiyalar və nüvə anlaşması ətrafında cərəyan edən məsələlər müzakirə olunub. 

Səhər Azəri bildirir ki, İran - Yeni Zelandiya iqtisadi-siyasi əməkdaşlıq komissiyasının 7-ci iclası videokonfrans formatında keçirilib.

İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı və onun Yeni Zelandiyalı həmkarının sədrliyi ilə keçirilən iclasda ikitərəfli siyasi-iqtisadi əlaqələr, sanksiyalar və nüvə anlaşması ətrafında cərəyan edən məsələlər müzakirə edilib. İclasda "covid-19" virusu ilə mübarizə sahəsində təcrübə mübadiləsi də həyata keçirilib.

İran xarici işlər nazirinin müavini bu iclasda nüvə anlaşmasını dəstəklədiyi üçün Yeni Zelandiyaya təşəkkür edərək, sanksiyalar və koronavirus pandemiyasının yaratdığı yeni şəraitdə iki ölkə arasında əməkdaşlıqların daha da genişləndirilməsini istəyib. 

Teqlər