Sen 14, 2020 16:40 Asia/Baku
  • Rafael Qrossi sentyabrın sonlarında İrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael İran ilə agentlik arasında əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə ümidvar olduğunu deyib.

Səhər Azəri bildirir ki, Rafael Qrossi bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Şurası üzvlərinin qarşısındakı çıxışı zamanı deyib. 

AEBA baş direktoru İran ilə agentlik arsında əldə olunmuş anlaşmadan razılıq edərək, bunun iki tərəf arasında əməkdaşlıqlar və qarşılıqlı etimadın möhkəmlənməsinə kömək edəcəyinə ümidvar olduğunu deyib. 

R.Qrossi bildirib ki, cari ilin avqustunda İrana səfəri zamanı ölkə prezidenti Həsən Ruhani və başqa yüksək vəzifəli şəxslərlə görüşüb. O, bir sıra məsələlər üzrə irəliləyişin olduğunu söyləyib. Baş direktorun sözlərinə görə, agentliyin müfəttişləri bəzi obyektlərdən nümunələr götürüblər.

Qeyd edək ki, R.Qrossi bu il avqustun 24-də baş direktor kimi Tehrana ilk dəfə səfər edib. O, İranın vitse-prezidenti, İranın Atom Enerjisi üzrə Təşkilatının başçısı Əkbər Saleh və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşüb.

Teqlər