Sen 20, 2020 12:11 Asia/Baku
  • Xətibzadə: ABŞ dünya ictimaiyyətinə və öhdəliklərinə geri dönməlidir

"ABŞ quldurluq və özbaşınalıqdan əl çəkərsə, dünya ictimaiyyəti də onu qəbul edər"

Səhər Azəri bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bazar günü mətbuat konfransında deyib. 

Səid Xətibzadə ABŞ-ın birtərəfli hərəkətləri və BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının bərpa edilməsinə dair iddiasına münasibət bildirərkən deyib: ABŞ-ın rəftarları dünyaya böhran, müharibə, gərginlik və kobudluqdan başqa heç nə bəxş etməyib. ABŞ-ın dünyanın müxtəlif məntəqələri xüsusilə Asiyanın qərbindəki iştirakı region xalqları üçün müsibət və fəlakətdən başqa heç nə gətirməyib. 

İran XİN rəsmisi ABŞ rəsmilərinin xüsusilə də bu ölkənin dövlət katibinin daha bir hegemonçuluq ardınca olduqlarını deyərək, əlavə edib: ABŞ özünün ən acı günlərini yaşayır. ABŞ-ın seçimi tarixin yanlış tərəfində yer almaq olub. 

Xətibzadə Birləşmiş Ştatların BMT TŞ-də tam təcrid ilə üzləşməsinə də diqqət çəkib: "ABŞ-ın öz qüdrətinin zirvəsində olduğunu iddia etdiyi bir zamanda belə bir təcrid ilə üzləşməsi, onun qüdrətinin nə qədər puç olduğuna dəlalət edən faktordur."

"ABŞ dünyanın dəyişməkdə olduğunu dərk etməlidir. Tramp və şəriklərinin düşüncəsiz siyasətinin ilk qurbanı da elə Birləşmiş Ştatların özü olacaq." deyə Xətibzadə davam edib. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi quldurluq dövrünün başa çatdığını deyərək, əlavə edib: Vaşinqton quldurluqdan əl çəkməlidir. Heç şübhəsiz, İran İslam Respublikası milli hakimiyyətinə və beynəlxalq qanunlara zidd olan istənilən hərəkətə dərhal qətiyyətli cavab verəcək.

Teqlər