Sen 21, 2020 12:37 Asia/Baku

"Bu gün düzgün baxış ilə "xalq səfərbərliyi" modelindən istifadə edə bilərik"

Səhər Azəri bildirir ki, bu sözləri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei "Müqəddəs Müdafiə"nin 40-cı ildönümü mərasimində söyləyiblər. 

İnqilab Rəhbəri "Müqəddəs Müdafiə" həftəsinin 40-cı ildönümü münasibətilə təşkil edilmiş anım mərasimində etdikləri çıxışda önəmli məqamlara toxunublar:

"Bu gün vətəni, onun sərhədlərini və İslamı müdafiə etmək üçün ailəsindən, atasından, anasından, əlində olan hər şeydən vaz keçərək, düşmən qarşısına çıxan, bu yolda canını belə verməkdən çəkinməyən fədakar və mübariz döyüşçülərin xatirəsinin anım günüdür. 

İslamı müdafiə etdilər, milli şərəf və ləyaqəti müdafiə etdilər, namusu müdafiə etdilər. Bəziləri şəhid oldular. Bəziləri də həyatda qalaraq, başladıqları işi sona yetirdilər.

Dəfələrlə demişəm. Əgər şəhidlərin xatirəsi bu şəkildə anılmasaydı, şəhidlik sevdası da bu qədər alovlanmazdı. Bir şəhərə şəhid cənazəsi daxil olduqda, xalqın əzəmətli iştirakı, şəhidin qarşılanması və onunla vida mərasiminin möhtəşəm olması, son dərəcə təsirli bir hadisədir.

Müqəddəs Müdafiədə ən ali fəzilətlərin ortaya çıxmasının şahidi olduq. Həm əxlaqi, həm də mənəvi fəzilətlərin. Həqiqətən, başqa bir yerdə buna bənzər hadisənin şahidi olmaq çox çətindir. Dünyada bu qədər çox insanın yaşadığı bir halda, Müqəddəs Müdafiədən başqa hansısa yerdə belə bir əxlaqi və mənəvi alilik müşahidə etmək imkansızdır."

Teqlər