Sen 21, 2020 21:25 Asia/Baku
  • Zərif sabah Türkiyəyə gedir

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.

Səhər Azəri xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri üçtərəfli İstanbul iclasında iştirak etmək məqsədilə sabah 22 sentyabrda Türkiyəyə səfər edəcək.

M.C.Zərif  İstanbulda İran, Qətər və Türkiyə XİN başçılarının üçtərəfli iclasında iştirak edəcək. İclasda 3 ölkə arasında əməkdaşlıq perspektivləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

İran xarici işlər nazirinin sentyabrın 24-də Rusiyaya səfər etməsi planlaşdırılır.

Teqlər