Sen 30, 2020 21:26 Asia/Baku
  • Həqiqətpur: Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir

Mənsur Həqiqətpur jurnalistlərə verdiyi müsahibədə deyib: “Qarabağın işğalı və onun işğalının davam etməsində regiondan qıraq oyunçular əsas rol ifa edirlər.”

SəhərAzəri xəbər verir, İranın Qarabağ müharibəsində sabiq məsləhətçisi Mənsur Həqiqətpur deyib:
“Qarabağ döyüşü artıq elə bir mərhələyə çatmışdır ki, Qafqaz məsələləri üzrə ekspertlərin çoxu onun qabaqkı atəşkəslərdən fərqli bir nəticə verməyəcəyini deyirlər. Fərq yalnız bundadır ki, Azərbaycan Respublikası bu dəfə böyük qumara əl atıb və əlinə qılınc götürüb. Bu qılınc azəri əlini də kəsə bilər.”
Mənsur Həqiqətpur jurnalistlərə verdiyi müsahibədə əlavə olaraq deyib: “Qarabağın işğalı və onun işğalının davam etməsində regiondan qıraq oyunçular əsas rol ifa edirlər.”
M. Həqiqətpur Azərbaycan Respublikası rəsmilərinin Qarabağı geri almaq üçün iradələrinin olmamasına toxunaraq deyib: “Azərbaycan rəsmiləri bundan daha qabaq iradə etməli və Minsk qrupuna ümid bağlamamalı idilər.”
Qarabağ müharibəsində İranın sabiq hərbi məsləhətçisi Qarabağın işğal altına düşməsində “Xalq Cəbhəsi”nin açıq-aşkar xəyanətindən danışaraq deyib: “Qarabağın itirilməsində əsas xəyanətkar Xalq Cəbhəsidir. Onlar Qarabağın süqutu ilə mərkəzi hökuməti devirdilər, Xocalı, Şuşa və Xankəndi əhalisi üzərinə ayaq qoydular və Bakı sarayında oturdular.
Xalq Cəbhəsi və Azərbaycan rəsmiləri elə düşünürdülər ki, qərblə anlaşmaqla Qarabağı qaytara bilərlər. Lakin qərbin ermənilərlə bağlılığının daha möhkəm olmasından qafil idilər.”
Həqiqətpur əlavə edib ki, Azərbaycan ordusunun irəliləməsinə baxmayaraq hələ də bu ölkə rəsmilərində Qarabağı geri almaq istəyi görünmür. Türkiyə kimi bir sıra regional oyunçular katalizator rolunu oynayırlar və Azərbaycanın maraqlarını deyil, öz mənfəətlərini güdürlər.
Hərbi məsləhətçi Qarabağ müharibəsində təkfirçi qüvvələrin iştirakını təsdiqləyərək deyib: “Azərbaycan rəsmiləri təkfirçi qrupların Qafqazda hüzuruna icazə verməməli idi. Bu böyük bir qumardır və azəri əlini də kəsə bilər.
Qarabağ, əlləri dirsəyə qədər Suriyanın məzlum xalqının qanına batmış terrorçuların əli ilə deyil, Azərbaycanın qeyrətli və ağıllı cavanlarının əli ilə azad olmalıdır. Bakı dövlətinin Qarabağı geri almaq iradəsi varsa və sözündə doğruçudursa, bunun üçün islami və xalq müqavimətindən faydalansın.”
Doktor Həqiqətpur İranın rol ifa etməsinin zəruriliyinə toxunaraq deyib: “İslami İran Türkiyənin çirkin bir əməlin qurucusu olmasına və Qafqazın təkfirçilərin cövləngahına çevrilməsinə icazə verməmlidir.”
Qafqaz məsələləri üzrə ekspert bu döyüşün nəticəsinin təkrarlanan atəşkəs olacağını vurğulayaraq deyib: “Yenə də Azərbaycan hökumətində iradə müşahidə olunmur. Çünki iradəsi olsaydı, çeşmə öz daxilindən qaynayardı və təkfirçilərin hüzuruna ehtiyac olmazdı.”

Teqlər