Okt 07, 2020 09:00 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə ərbəin ziyarəti qiraəti mərasimi keçiriləcək

Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın və onun sədaqətli köməkçilərinin şəhadətlərinin ərbəini ilə bir zamanda İnqilab Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində əzadarlıq və ərbəin ziyarəti qiraəti mərasimi keçiriləcək.

SəhərAzəri xəbər verir, 1442-ci hicri qəməri ili səfər ayının iyirmisi, 2020-ci il oktyabrın səkkizi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının ərbəini günüdür.

Ərbəin ziyarəti qiraəti mərasimi İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin iştirakı ilə və Koronavirusla Milli Mübarizə Qərargahının göstərişlərinə riayətlə, əhalinin iştirakı olmadan keçiriləcək.

Mərasim cümə axşamı günü Tehran vaxtı ilə səhər saat onda canlı surətdə İran telekanallarından, eləcə də KHAMENEI.IR saytından və bu saytın sosial şəbəkələrdəki hesablarından yayımlanacaq.

Teqlər