Okt 20, 2020 07:02 Asia/Baku
  • Xətibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Qarabağdakı münaqişəyə toxunaraq, vurğulayıb: "İran İslam Respublikası təkfirçilər üslubunda baş kəsilməsini qəbul etmir".

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə dünən öz Tvitter səhifəsində yazıb: "Qarabağda gedən döyüşlərdən narahatedici görüntülər yayılır və münaqişənin hər iki tərəfinə yəni Azərbaycan Respublikası və Ermənistana tövsiyə edirik ki, məqsədə vasitəni doğrultmır".

Xətibzadə, hər iki tərəfin beynəlxalq hüquqa və qanuna riayət etməsinin lazım olduğunu qeyd edərək, əlavə edib: "İran İslam Respublikası təkfirçilər üslubunda baş kəsilməsini və ya əksinə şəhərlərin və günahsız insanların hədəfə alınmasını qəbul edə bilməz".

Teqlər