Okt 21, 2020 14:01 Asia/Baku
  • İranın 22 həkimi Azərbaycanın döyüş bölgələrində fəaliyyət göstərmək üçün səfirliyə müraciət ediblər

İran İslam Respublikasının 22 həkimi könüllü olaraq, Azərbaycanın döyüş bölgələrində fəaliyyət göstərmək üçün Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə müraciət ediblər.

SəhərAzəri xəbər verir, İranın Azərbaycandakı səfirliyi bildirib ki, İran İslam Respublikasının müxtəlif sahələrdə çalışan 22 həkimi Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirinə müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilib: “Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.  

 

 

Teqlər