Okt 21, 2020 15:36 Asia/Baku
  • İranda Covid-19-la bağlı son vəziyyət

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə beş min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 312 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda beş min 616 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 340 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 545 min 286 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 312 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 31 min 346 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 438 min 709 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər