Okt 29, 2020 10:42 Asia/Baku
  • İraqçı Moskvaya səfər edib

İran İslam Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Qarabağ münaqişəsinin həlli istiqamətindəki regional səfərləri çərçivəsində Rusiyanın paytaxtı Moskvaya daxil olub.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının xüsusi nümayəndəsi və xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı bu gün səhər saatlarında Moskvaya daxil olarkən deyib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən 30 il ərzində Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin həlli üçün bir iş görə bilməyiblər".

"İran İslam Respublikası öz təşəbbüs planı ilə Bakı və İrəvan arasındakı mübahisələrə regional əməkdaşlıq yolu ilə son qoymağa çalışır və bunun üçün də təbii ki, qarşıda çətin bir vəzifə durur", - deyə İraqçı əlavə edib.

İraqçinin Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün regional səfərləri Bakıdan başlayıb.

Bakı səfərinin sonunda İraqçı İranın təşəbbüs planının Azərbaycan Respublikası tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki qarşıdurmalar sentyabrın 27-dən yenidən başlayıb və bu günə qədər bir çox insanın ölümünə səbəb olub.

Teqlər