Noy 09, 2020 16:38 Asia/Baku
  • İranlı deputat Azərbaycan Respublikası xalqını təbrik edib

İran İslam Şurası Məclisinin millət vəkili Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan Respublikası xalqını təbrik edib.

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisində Təbriz əhalisini təmsil edən Əhməd Əlirza Beygi sosial şəbəkələrdəki paylaşımında Azərbaycan Xalqını Şuşa şəhərinin azad edilməsi münasibəti ilə təbrik edərək, yazıb:

"Nəsrü min Allah və fəthün qərib və bəşşiril möminin.

نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِیبٌ وَبَشِّرِ الْمُؤْمِنِینَ

Dünya imperializminin Azərbaycanın şərif xalqına qarşı fitnəsindən 28 il ötür və dünya imperializmi bütün imkanlarını səfərbər etdi, Lakin ilahi iradə məzlumların qələbəsinə yönəlmişdi. Qərb və Şərqin amansız səylərinə baxmayaraq, qəhrəman Şuşa təcavüzkarların işğalından azad edildi və bu mühüm qələbə təkcə hegemonçular qarşısında yorulmaz müqavimət nəticəsində əldə edildi. Şuşa şəhəri Azərbaycan Respublikanın ən əhəmiyyətli dini qütbü və İslam dünyasının Qafqazdakı mənəvi paytaxtı hesab olunur. Buna görə də onun işğal edilməsi İslam düşmənlərinin əlində mühüm bir kozır sayılırdı, azad edilməsi isə təcavüzkarlar üçün ölümcül bir məğlubiyyətdir.

Teqlər