Noy 21, 2020 20:26 Asia/Baku
  • Xətibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Kabildə törədilən terror aktını ABŞ və onun terrorçu müttəfiqlərinin Əfqanıstandakı vəkalət savaşının bariz nümunəsi kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə Kabildə törədilən terror aktını və diplomatik mərkəzlər, o cümlədən İran səfirliyinin həyətinin bir hissəsinə raketin düşməsini qınayıb və deyib: "Bu hücumların məsuliyyəti birbaşa olaraq, ABŞ rejiminin üzərinə düşür".

Xətibzadə Əfqanıstan xalqı və dövləti, həmçinin bu terror aktının qurbanlarının ailələrinə başsağlığı verərək, qeyd edib ki, bu gün Kabil şəhərinin müxtəlif nöqtələri, o cümlədən diplomatik məhəlləsinə raket hücumunda İran səfirliyinin daxili sahəsinə ən azı bir raket düşüb.

Səfirlikdən verilən məlumata görə, xöşbəxtlikdən səfirliyin ərazisinə düşən raket insan tələfatina səbəb olmayıb.

Bu gün Kabil şəhərinin müxtəlif bölgələrinə 14 raket zərbəsi endirilib, nəticədə üç nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Teqlər