Dek 10, 2020 19:09 Asia/Baku
  • İran və Türkiyə təhlükəsizlik üzrə birgə işçi qrupunun daha da fəallaşmasını vurğulayıblar

İran daxili işlər nazirinin müavini və Türkiyə daxili işlər nazirinin əvəzedicisi təhlükəsizlik üzrə Tehran-Ankara birgə işçi qrupunun daha da fəallaşmasını vurğulayıblar.

SəhərAzəri xəbər verir ki, Hoseyn Zolfəqari Möhtərəm İncə ilə söhbətdə deyib: Təəssüflə, bu gün regiondakı bütün problem və əmin-amansızlıqlar imperialist Amerika hökuməti ilə saxta sionist rejimin əbəs hərəkətlərindən qaynaqlanır.

İran daxili işlər nazirinin təhlükəsizlik və nizam-intizam üzrə müavini həmçinin bildirib ki, istər İran sərhədlərinin daxili, istərsə də xaricində baş verən bütün terror hərəkətləri İran İslam Respublikasının qırmızı xətlərindəndir. O, İran-Türkiyə sərhədlərindəki terror əməllərinə qarşı tədbirlərin kəskinləşdirilməsini vurğulayıb.

Zolfəqari Türkiyə hökumətinin regionu təhlükəli etməyi qarşıya məqsəd qoymuş gizli əllər və silah qaçaqmalçıları ilə ciddi rəftar etməsi və onlara nəzarətə ciddi diqqət yetirməsini istəyib.

Möhtərəm İncə də aid olduğu hökumətin daxili işlər nazirliyinin şəhid Mohsen Fəxrizadənin terror edilməsi, həmçinin İranın cənubunda baş vermiş son sel hadisəsi və COVID-19 xəstəliyi nəticəsində bəzi İran vətəndaşlarının həyatını itirmələri ilə bağlı başsağlığını ifadə edərək, İran İslam Respublikası hökumətinin təhlükə amilləri, terrorçu və mütəşəkkil cinayət dəstələri ilə mübarizə sahəsindəki mövqeyinə görə təşəkkür edib.

Türkiyə daxili işlər nazirinin əvəzedicisi təhlükəsizlik üzrə birgə işçi qrupunun fəallaşdırılmasının digər əməkdaşlıq sahələrində informasiya və təcrübə mübadiləsinə və daha artıq koordinasiyaya səbəb olacağını bildirib.

Teqlər