Dek 23, 2020 15:58 Asia/Baku
  • İndiyədək İranda ingilis koronavirusu müşahidə olunmayıb

İranın səhiyyə naziri Səid Nəməki deyib ki, İngiltərədən daxil olan bütün hava reysləri qadağan edilib və indiyədək İranda ingilis koronavirusundan heç bir hal müşahidə olunmayıbdır.

SəhərAzəri xəbər verir, Səid Nəməki İranın nazirlər kabinetinin iclasından sonra jurnalistlərə həmçinin deyib ki, İngiltərədə müşahidə edilən yeni virusla bağlı, bu haldan xəbərdar olan kimi və İngiltərənin onu təqribən iki ay təxirlə elan etməsinə rəğmən, dərhal İngiltərəyə və əks istiqamətdə olan uçuşlar qadağan edildi.

İranın səhiyyə naziri sonra belə qeyd edib: Hava yolları vasitəsilə İngiltərədən gələn sərnişinlər nəzarətə alınacaqlar və Avropa ölkələrindən daxil olan bütün sərnişinlər icbari surətdə yanlarında koronavirus testi haqda neqativ vərəqəyə malik olmaqdan əlavə, hava limanında bir daha diaqnoz olunaraq, karantində saxlanılacaqlar.

Teqlər