Dek 24, 2020 21:15 Asia/Baku
  • Tramp hər hansı bir avantüranın nəticələrinə görə məsuliyyət daşıyacaq

İranın xarici işlər naziri ABŞ prezidentinin Tehrana qarşı ittihamına reaksiyada bildirib ki, Donald Tramp öz karyerasının son günlərində hər hansı bir avantüranın nəticələrinə görə məsuliyyət daşıyacaq.

SəhərAzəri xəbər veriri ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün ABŞ prezidentinin İran əleyhinə ittihamına cavab olaraq,Tvitter-də yazıb: Tramp İranı ittihamlandırmaq üçün dəyərsiz bir fotoşəkildən istifadə edir.

Zərif bildirib: Bundan qabaq da Amerika saxta «kütləvi qırğın silahları» iddiası ilə Qərbi Asiya bölgəsini məhv etdi, yeddi trilyon dolları göyə sovurdu və 58976 amerikalının ölümünə səbəb oldu.

İranın xarici işlər naziri vurğulayıb ki, bu dəfə hər şey daha pis olacaq; Tramp karyerasının son günlərində hər hansı bir avantüranın nəticələrinə görə tam məsuliyyət daşıyacaqdır.

Amerika prezidenti Donald Tramp bu gün səhərçağı öz tvitter səhifəsində heç bir fakt təqdim etmədən və sırf bir neçə naməlum mərmi qəlpəsinin fotoşəklini paylaşmaq məqsədilə İranı bazar günü ABŞ-ın Bağdaddakı səfirliyinə qarşı raket hücumu həyata keçirməkdə ittiham edibdir.

Teqlər