Dek 30, 2020 11:54 Asia/Baku

Livan Hizbullahının baş katibi vurğulayıb: "General Qasim Süleymaninin məktəbi, İmam Xomeyni (r.ə) məktəbi, İslam İnqilabının Böyük Rəhbərinin yol göstərmələri və müqəddəs müdafiə illərinin təcrübəsindən mənşə alıb.

SəhərAzəri xəbər verir, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin şəhid komandanı general-leytenant Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə, İranın "Press TV" kanalına verdiyi müsahibədə, deyib: "Bu böyük şəhid həmişə döyüş meydanına gedib, vəziyyəti yaxından izləyib, döyüşçülərinin sözlərini dinləyirdi və belə bir xarakter ona idarə etmədə və komandanlqda xüsusi bir imtiyaz bəxş edirdi".

"General Süleymaninin digər bir xüsusiyyəti onun yorulmazlığı idi. O, heç vaxt işləmək və çalışmaqdan əl çəkmirdi, çətinliklər və problemlər qarşısında çox səbirli və dözümlü idi", - deyə Nəsrullah qeyd edib.

Livan Hizbullahının baş katibi sonra deyib: "Suriyalı və iraqlı komandirlər həmişə deyirdilər ki, İŞİD-ə qarşı mübarizədə Şəhid Süleymani döyüşün ön xəttində və iraqlı və suriyalı hərbçilərin yanında idi və bu, onun digər  bir bariz xüsusiyyəti idi".

Seyid Həsən Nəsrullah şəhid Süleymaninin Livanın 33 günlük müharibəsindəki rolu haqda deyib: "Müharibənin ilk günlərində Hacı Qasimin Livanda olması çox həyati və əhəmiyyətli idi və o, müharibənin son gününə qədər Livanda qaldı".

"Şəhid Süleymani hamıdan çox İslama, müsəlmanlara və müqavimətə xidmət edirdi və mənim və müqavimət qüvvələri nəzdində çox yüksək mövqeyə sahibdir", - deyə Livan Hizbullahının baş katibi əlavə edib.

Qeyd edək ki, yanvarın 3-də İraq rəsmilərinin rəsmi dəvəti ilə bu ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin şəhid komandanı general-leytenant Hacı Qasim Süleymani təcavüzkar və terrorçu ABŞ qüvvələrinin Bağdadın yaxınlığındakı aeroporta endirdiyi hava zərbələri nəticəsində şəhid edilib.

Teqlər